Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Hazırda oxunan: Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

603395

İran hazırda heç bir danışıqlar aparmır və bu istiqamətdə çağırışları qəbul etmir.

Bizim.Media xəbər verir ki, "Tasnim" agentliyinin məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, hazırda danışıqlardan bəhs edilməsi qarşı tərəfin zəiflədiyini göstərir.

“Əgər əvvəllər qeyd-şərtsiz təslimiyyət tələb edirdilərsə, indi danışıqlardan danışmaları məğlubiyyətin etirafıdır”, – deyə o vurğulayıb.
 

Nazir əlavə edib ki, atəşkəs yalnız zəmanətlərlə mümkündür, əks halda münaqişə yenidən alovlana bilər.


“Zəmanətsiz atəşkəs müharibənin təkrarına gətirib çıxarır”, – deyə Əraqçi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin