İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

Hazırda oxunan: İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

603381

ABŞ Prezidenti Donald Trampın administrasiyası İrandan Amerikanın sülh danışıqları təklifinə rəsmi şəkildə rədd cavabı almayıb.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Barak Ravid yüksək vəzifəli mənbəyə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.

İranın mövqeyi nə dərəcədə sadəcə danışıqlar üçün taktiki addımdır, yoxsa həqiqətən danışıqların qapısını bağlamaq niyyəti daşıyır. 
 

"İranın mövqeyinin sadəcə danışıqlar üçün taktiki addım, yoxsa danışıqlara qapının həqiqətən bağlanması niyyəti olduğu tam aydın deyil. Amerikalı yüksək vəzifəli bir şəxs mənə bildirib ki, indiyə qədər Donald Trump administrasiyası İran tərəfindən ABŞ-ın danışıqlar təklifini rədd edən rəsmi cavab almayıb" - deyə o vurğulayıb.


Qeyd edək ki, Barak Ravid "Axios"un müxbiridir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin