Məktəblər bağlandı, dördgünlük iş həftəsinə keçildi – Hörmüz böhranının ən çox ziyan vurduğu ölkələrin SİYAHISI

Hazırda oxunan: Məktəblər bağlandı, dördgünlük iş həftəsinə keçildi – Hörmüz böhranının ən çox ziyan vurduğu ölkələrin SİYAHISI

603323

Hörmüz boğazından asılı olan Asiya ölkələri enerji böhranı ilə mübarizə üçün təcili tədbirlər həyata keçirir.

Bizim.Media “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, dəniz ticarətinin pozulması enerji təchizatı ilə bağlı narahatlıqları artırıb və qiymətlərə kəskin təsir göstərib.

Bir çox Asiya ölkələri Yaxın Şərqdə gərginlik artdıqca fərqli yanacaq növlərindən istifadə, iş günlərinin azaldılması kimi tədbirlər həyata keçirməyə başlayıb.
 

Filippin hökuməti yanacaq ehtiyatlarının 45 gün kifayət edəcəyini açıqlayıb. Həmçinin, Filippin İrana hücumlardan sonra enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edən ilk ölkə olub.


Tayvan İqtisadiyyat Nazirliyi də təxminən 11 günlük enerji ehtiyatına sahib olduqlarını açıqlayıb.

Banqladeş Neft Şirkətinin son hesabatında ölkənin yanacaq ehtiyatlarının təxminən, 9-14 gün davam edəcəyi qeyd edilib.

Banqladeş yaranan enerji çatışmazlığını aradan qaldırmaq üçün müxtəlif ölkələrdən dizel idxal etməyə başlayıb. Banqladeşdə elektrik və yanacaq böhranına qənaət məqsədilə universitetlərdə Ramazan bayramı tətili martın 9-da - 11 gün daha erkən başlayıb.

Hindistan enerji tədarükünü şaxələndirmək üçün enerji idxal etdiyi ölkələrin sayını 27-dən 41-ə artırıb.
 

Pakistanın baş naziri Şahbaz Şərif martın 9-da fövqəladə planlar çərçivəsində hökumət idarələrinin həftədə dörd gün işləyəcəyini, məktəblər və universitetlərin isə iki həftə bağlı qalacağını açıqlayıb.


İndoneziyada hökumət aprel ayından başlayaraq məktəblərdə distant təhsil və iş yerlərində həftədə bir günlük evdən işləmək modelini tətbiq etməyi nəzərdən keçirəcəklərini açıqlayıb.

Vyetnamın Sənaye və Ticarət Nazirliyi də ölkədəki biznes sahiblərinə məsafədən iş modelinin tətbiqinə çağırıb.

Tayland dövlət sektoru işçilərinə həftənin bəzi günlərində evdən işləməyi və beynəlxalq səyahətləri dayandırmağı tapşırıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana hücumundan əvvəl dünyanın gündəlik neft istehlakı və təbii qaz ticarətinin 20%-i Hörmüz boğazından keçirdi.

Naibə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin