Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Hazırda oxunan: Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

603255

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi hava keyfiyyəti standartlarına cəmi 13 ölkə cavab verir.

Bizim.Media xəbər verir ki, bu, İsveçrənin hava keyfiyyətinin monitorinqi təşkilatı IQAir tərəfindən dərc edilən hesabatda əksini tapıb.
 

Hesabatdakı məlumatlara əsasən, təmiz hava meyarlarına cavab verən ölkələr Avstraliya, Yeni Zelandiya, Estoniya, İslandiya, Finlandiya, Qrenada, Barbados, Baham adaları, Trinidad və Tobaqo, Yamayka, Sent-Lusiya, Sent Vinsent və Qrenadin və Dominikan Respublikasıdır.


Siyahıya Avropadan yalnız Estoniya, İslandiya və Finlandiya daxildir. Hesabatda vurğulanıb ki, dünya üzrə şəhərlərin yalnız 14%-i təhlükəsiz hava keyfiyyətinə malikdir. Bu nisbət qlobal miqyasda havanın çirklənməsinin geniş yayıldığını göstərir.

Hesabatda bildirilir ki, inkişaf etməkdə olan ölkələrdə havanın çirklənmə səviyyəsi daha yüksəkdir.

Mütəxəssislərin fikrincə, mövcud vəziyyət onu göstərir ki, qlobal miqyasda havanın çirklənməsi ilə mübarizə üçün daha sərt və təxirəsalınmaz addımlar atılmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin