“Rusiya müharibə istəmir və buna görə də təhlükəsizliklə bağlı ideyalar irəli sürüb”.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla danışıqlardan sonra keçirilən mətbuat konfransı zamanı deyib.
V.Putin əlavə edib ki, Rusiya üçün Ukraynanın NATO-ya daxil olmasının təxirə salınması heç nəyi dəyişmir, onlar bu məsələni indi həll etmək istəyir:
“Müharibə istəyirikmi? Əlbəttə, yox. Ona görə də biz danışıqlar prosesi ilə bağlı təkliflər irəli sürmüşük ki, bunun nəticəsi hamının, o cümlədən ölkəmiz üçün bərabər təhlükəsizliyin təmin edilməsinə dair razılaşma olmalıdır”.
Rusiya lideri Dövlət Dumasının Ukraynanın separatçı "Luqansk və Donetsk Xalq Respublikaları"nın tanınması çağırışlarına münasibət bildirib:
“Dövlət Dumasında səsvermə, məncə, bu və ya digər şəkildə, əlbəttə, bununla bağlıdır. Çünki parlamentin deputatları, hər bir ölkədə olduğu kimi, Rusiyada da ictimai rəyi, özlərinin seçicilərinin rəyini rəhbər tuturlar.
Bu baxımdan, tamamilə aydındır ki, ölkəmizdə insanların böyük əksəriyyəti Donbass sakinlərinin dərdinə şərikdir, onları dəstəkləyir və orada vəziyyətin yaxşılığa doğru köklü şəkildə dəyişəcəyinə ümid edir”.
V.Putin bundan sonra planlarının nə olması ilə bağlı suala cavabında qeyd edib ki, bu, hadisələrin inkişafına bağlıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:24 / 15.02.2022
Putin bundan sonra nə edəcəklərini açıqladı - VİDEO
Hazırda oxunan: Putin bundan sonra nə edəcəklərini açıqladı - VİDEO
Hazırda oxunan: Putin bundan sonra nə edəcəklərini açıqladı - VİDEO
0:00
0:00
60319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.