"ABŞ İrana qarşı hərbi əməliyyatın başlamasından bəri ölkənin 158 gəmisini məhv edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu sözləri Memfisdə keçirilən tədbirdə çıxışı zamanı deyib.
"Biz onların müdafiə sənayesi kompleksini darmadağın etdik, hərbi dəniz qüvvələrini yox edirik, 158 gəmi məhv edilib", - deyə ABŞ prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, İranın pilotsuz uçuş aparatları və raket buraxılışları 90%-dən çox azalıb.
Bizim.Media





























































































