İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Hazırda oxunan: İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

603091

Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, İranın Hind okeanındakı Dieqo-Qarsiya adasında yerləşən birgə ABŞ-Britaniya bazası istiqamətində buraxdığı raketlər hədəfə çatmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniya parlamentində çıxışı zamanı danışan nazirin sözlərini Reuters yayıb.
 

Hili qeyd edib ki, İran tərəfindən atılan iki raketdən biri ümumiyyətlə hədəfə qədər gedib çatmayıb, digəri isə bazaya yaxınlaşmadan öncə zərərsizləşdirilib.


Reuters-in 21 mart tarixli məlumatında da deyilirdi ki, Dieqo-Qarsiya bazasına yönələn iki orta mənzilli ballistik raketdən biri uçuş zamanı sıradan çıxıb, digəri isə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi tərəfindən qarşılanıb.

Britaniya hökuməti hazırda İranın birbaşa Böyük Britaniyanı hədəf almasına dair sübut görmədiyini açıqlayıb.

Baş nazir Kir Starmer martın 23-də bildirib ki, hökumətin hazırkı qiymətləndirməsinə əsasən, İranın Britaniya ərazisini vurmaq niyyəti barədə təsdiqlənmiş məlumat yoxdur.
 

Dieqo-Qarsiya bazası Hind okeanında ABŞ və Böyük Britaniyanın strateji hərbi obyektlərindən biri hesab olunur. Bölgədə gərginliyin artması fonunda bu baza ətrafında baş verən hadisələr Qərb paytaxtlarında ciddi narahatlıq yaradıb.


Reuters-in istinad etdiyi məlumatlara görə, hücum bazaya zərbə endirməsə də, insident İranın uzaqmənzilli imkanları ilə bağlı müzakirələri gücləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin