Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Hazırda oxunan: Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

603023

Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib.

Bizim.Media xəbər verir ki, bu barədə Departamentin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, bu yaxınlarda "Instagram"da Niyazbekovun Bişkek Dram Teatrının yaxınlığında siqaret çəkdiyini göstərən video yayılıb.  
 

Qanun pozuntusuna görə Daxili İşlər Nazirliyinin rəhbəri 3000 som (təxminən 56 AZN) məbləğində cərimə ödəyib. 


Agentlik qeyd edir ki, "Qırğızıstan Respublikası qanunvericiliyinin tələbləri, vəzifəsindən asılı olmayaraq, istisnasız olaraq hər kəs üçün məcburidir".(Unikal)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin