Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hazırda oxunan: Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

602935

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) bəzi üzv ölkələri Hörmüz boğazında naviqasiyanı təmin etmək üçün tədbirlər hazırlayır.

Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte "Fox News"a müsahibəsində bildirib.

Rütte ABŞ lideri Donald Trampın NATO-nu tənqid etməsinə baxmayaraq, onunla əlaqə saxladığını bildirib:

"Bilirəm ki, ABŞ prezidenti narazı idi, çünki Avropanın və digər müttəfiqlərin hərəkətə keçməkdə yavaş olduğunu düşünür. Amma xoş xəbər budur ki, cümə axşamı etibarilə əksəriyyəti NATO üzvləri olan 22 ölkədən ibarət qrup, üstəgəl Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, BƏƏ və Bəhreyn Hörmüz boğazında sərbəst gəmiçiliyin mümkün qədər tez təmin edilməsi vizyonunu həyata keçirmək üçün qüvvələrini birləşdirir. Beləliklə, biz artıq planlaşdırma mərhələsindəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin