Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Hazırda oxunan: Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

602933

İngiltərədə “Mançester Siti” azarkeşlərini daşıyan avtobus Karabao Kuboku finalına gedərkən yolda alovlanıb.

Bizim.Media xəbər verir ki, hadisə Qərbi Midlends bölgəsində, M6 avtomobil yolunda qeydə alınıb.

 

Məlumata görə, avtobus “Arsenal”la keçiriləcək final qarşılaşmasını izləmək üçün Uembliyə yollanan azarkeşləri daşıyırmış. Yanğın avtobus hərəkətdə olarkən başlayıb və nəqliyyat vasitəsi dərhal yol kənarında dayandırılıb.


Hadisə zamanı sərnişinlər operativ şəkildə təxliyə edilib. İlkin məlumata əsasən, xəsarət alan olmayıb.

Yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunaraq alovu nəzarət altına alıb.

Güclü alov və tüstü səbəbindən M6 yolunun bir hissəsi müvəqqəti bağlanıb, bu isə bölgədə nəqliyyatın hərəkətinə təsir göstərib.

Avtobus şirkətinin açıqlamasında bildirilib ki, bütün sərnişinlər və sürücü təhlükəsiz şəkildə xilas edilib. Azarkeşlər sonradan alternativ nəqliyyat vasitələri ilə Uembliyə çatdırılıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin