ABŞ Prezidenti Donald Tramp İrana qalib gəldikdən sonra ölkənin əsas düşməninin Demokratlar Partiyası olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb.
"İranın məhvindən sonra ABŞ-ın ən böyük düşməni radikal solçu, son dərəcə səriştəsiz Demokratlar Partiyasıdır", - deyə Tramp qeyd edib.
Bundan əvvəl Nümayəndələr Palatasında demokrat deputat Hakim Ceffris Donald Trampı və "respublikaçı ekstremistləri" Yaxın Şərqdə "öz istəkləri ilə düşünülməmiş müharibə" başlatmaqda ittiham etmişdi.
Demokratlar Partiyası hazırda prezidentin hərbi səlahiyyətləri ilə bağlı qətnamələr üzrə təkrar səsvermələr tələb etməklə Senatın işini iflic etməyə hazırlaşır.
Eyni zamanda, onlar respublikaçıların federal seçkilərdə səsvermə qaydalarını sərtləşdirən "SAVE America Act" qanun layihəsini qəbul etdirmək planlarını da pozmağa çalışırlar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:36 / 22.03.2026
Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı
Hazırda oxunan: Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı
Hazırda oxunan: Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı
602925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































