Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Hazırda oxunan: Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

602796

“Rusiya və onların xüsusi xidmət orqanları Ukraynada “Telegram” vasitəsilə işləyiblər və işləyirlər. Biz bunu bilirik, aşkarlayırıq və bununla mübarizə aparırıq. Açığı, biz də Rusiyada “Telegram” vasitəsilə işləyirik”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski qeyd edib ki, Rusiya xüsusi xidmət orqanları Telegram vasitəsilə Ukraynada fəaliyyət göstərib və hələ də göstərir:

“Şübhəsiz, Rusiya və onların xüsusi xidmət orqanları Ukraynada “Telegram” vasitəsilə işləyiblər və işləyirlər. Biz bunu bilirik, aşkarlayırıq və bununla mübarizə aparırıq. Açığı, biz də Rusiyada “Telegram” vasitəsilə işləyirik. Onun fəaliyyətinə məhdudiyyət qoyulması Rusiyada cəmiyyətə siqnalların ötürülməsini çətinləşdirəcək. Amma onların yeni şəbəkəsi – “Max” barədə mənə məlumat verilib. Biz Max-a da çatacağıq”.

Onun sözlərinə görə, Rusiyada sosial şəbəkələrin və mobil rabitənin məhdudlaşdırılması total nəzarət məqsədi daşıyır və bu, geriyə doğru addımdır:

“Üstəlik, bu, təxminən 100 il geriyə addımdır. Onlar prinsipcə tezliklə kağız poçta, teleqrafa və hətta atlara keçə bilərlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin