Bu da İŞİD-in paytaxtı - FOTOLAR

Hazırda oxunan: Bu da İŞİD-in paytaxtı - FOTOLAR

60274
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması formalaşanda onun adındakı "dövlət" sözünə o qədər də əhəmiyyət verilmədi. Lakin sonradan terrorçular Suriya və İraqda ələ keçirdikləri ərazilərdə "İslami Xilafəti" qurduqlarını elan edəndə hər şeyin ciddi olduğu anlaşıldı.
Milli.az Al Jazeera-ya istinadən bildirir ki, Suriyadak Rəqqa şəhəri indi İŞİD-in paytaxtıdır. İŞİD burada dövlət paytaxtı strukturlarıın yaradır. İŞİD-in Daxili İşlər Nazirliyinin tərkibindəki Şəriət Polisi şəhərin asayişini qoruyur. Kişiləri "Hisbih" adlı kişi polislər, qadınları isə "Hənsa" adlı qadın polislər yoxlayırlar.
Polis avtomobilləri isə İraqda ələ keçirilən, ABŞ istehsalı olan yeni maşınlardır.
Rəqqada sudanlı təkfirçi "Elektroenerji Əmirliyi"nə, misirli - "Səhiyyə Əmirliyi"nə, iordaniyalı isə "Su Təsərrüfatı Əmirliyi"nə başçılıq edir. Şəhərin ən məşhur parkı olan "Nəemm" (Cənnət) indi əyləncə məkanı yox, İŞİD-in edamlarını gerçəkləşdirdiyi məkandır.
Rəqqa küçələrində kəsik başlar, çarmıxa çəkilmiş insanların cəsədlərini görmək isə artıq adi haldır.


           


          


         


         


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin