Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Hazırda oxunan: Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

602722

Martın 19-da Avropa Birliyi liderləri Brüsseldə görüş keçirilib. Görüş zamanı liderlər Macarıstanın baş naziri Viktor Orbandan Ukraynaya verilən 90 milyard avroluq kreditin dondurulmasını ləğv etməsini tələb ediblər. Lakin tələb nəticəsiz qalıb.

Macarıstanın Baş naziri Ukrayna "Drujba" neft kəmərinin fəaliyyətini bərpa edənə qədər veto hüququnu qoruyub saxlayacağı ilə hədələyib.

Bizim.Media “Politico” ya istinadən xəbər verir ki, Merz də daxil olmaqla bəzi Avropa liderləri Volodimiz Zelenskinin sammit iştirakçılarına etdiyi müraciətə əsasən Orbanı kəmərin bərpa olunacağına inandıracaqlarına ümid edirdilər.

Lakin hər şey tərsinə olub. Ukrayna prezidenti Orbana “hücuma keçib".

"Zelenski gözlədiyimizdən daha sərt oyun oynadı. Bəlkə də Zelenski Macarıstan gözlənilən seçkilərindən sonra vəziyyətin dəyişəcəyinə ümid edir", - deyə nəşr yazır.
 

Yüksək vəzifəli bir Avropa diplomatının qeyd etdiyi kimi, Orban və Zelenski arasındakı antipatiya dərindir və bu, sammitdə tam şəkildə özünü göstərib. O, Macarıstan baş nazirinin Ukrayna liderinin çıxışını təəssüflə "nifrətlə" izlədiyini söyləyib.


O, həmçinin qeyd edib ki, liderlər Zelenski ilə Orban arasında 90 dəqiqəlik debatı dayandırmaq məcburiyyətində qalıblar. Birincisi israr etməyə davam edib, ikincisi isə güzəştə getməkdən imtina edib. Beləcə, görüş faktiki olaraq nəticəsiz qalıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin