Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Hazırda oxunan: Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

602688

Kreml rəsmisi İran və Ukraynaya dair kəşfiyyat məlumatlarının mübadiləsindən qarşılıqlı imtina təklif etsə də, ABŞ tərəfi sövdələşmə təklifini rədd edib.

Bizim.Media  xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilir ki, təklif ötən həftə Mayamidə keçirilən görüşdə irəli sürülüb. Nəşrin mənbələrinə görə, Kremlin səlahiyyətli nümayəndəsi Kirill Dmitriyev bu ideyanı Stiv Uitkov və Cared Kuşnerə çatdırıb.
 

“Politico”nun mənbələri qeyd edir ki, təşəbbüs Avropa diplomatlarını narahat edib və onlar bu cür razılaşmaların Kiyevə və müttəfiqlər arasında ümumi kəşfiyyat məlumatlarının mübadiləsi sisteminə dəstək üçün potensial nəticələrindən qorxurlar.


Daha əvvəl Donald Tramp qarşılıqlı yardım imkanlarını müzakirə edərkən deyib: "Bəlkə də bu, onlara (İrana) bir az kömək edir. Yəqin ki, o, bizim Ukraynaya kömək etdiyimizi düşünür, elə deyilmi?".

Moskva İranla kəşfiyyat məlumatlarının mübadiləsini rəsmi olaraq təsdiqləməyib.

Bu təklif faktiki olaraq, Rusiyanın İranı ABŞ-a satması, əvəzində isə Ukraynanı almaq istəməsi deməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin