İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

Hazırda oxunan: İrandan TƏLƏB – “2 milyon dollar ödəyən gəmilər Hörmüzdən keçə bilər”

602613

İran bir neçə gəminin Hörmüz boğazı vasitəsilə keçidi üçün öz ərazi sularından istifadə etməsinə icazə verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 

“MarineTraffic” platformasından əldə edilən transponder siqnallarının təhlili göstərir ki, bu həftə azı səkkiz gəmi boğazdan keçərək Larak adası ətrafında qeyri-adi marşrut üzrə hərəkət edib.


Bildirilir ki, bu qrupa Hindistan, Pakistan və Yunanıstan mənşəli neft tankerləri və yük gəmiləri, eləcə də İranın öz neft donanması daxildir.

Gəmilərin əksəriyyəti əvvəllər İran limanlarına yan alıb.

Bəzi gəmilərin zəmanətli tranzit üçün 2 milyon dollara qədər pul ödədikləri qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin