Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

Hazırda oxunan: Putin çempion idmançıya mükafatı diz çökərək təqdim etdi – VİDEO

602611

Rusiya Prezidenti Vladimir Putin Kreml sarayında keçirilən təltifetmə mərasimində Paralimpiya çempionu, xizəkçi Ivan Golubkovu diz çökərək mükafatlandırıb.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, dövlət mükafatlarının paralimpiyaçılara təqdim olunması mərasimi cümə axşamı Kreml Senat Sarayının Yekaterina zalında baş tutub. 

Qolubkovun adı elan olunduqdan sonra o, əlil arabasında prezidentin yanına yaxınlaşıb. Dövlət başçısı idmançının əlini sıxıb və “Dostluq” ordenini onun formasına taxmaq üçün bir dizinin üzərinə çöküb.

Mərasim zamanı Qolubkov prezidentə təşəkkürünü bildirib.

Qeyd edək ki, Rusiya yığması İtaliyada keçirilən Paralimpiya Oyunlarında medal sıralamasında üçüncü yeri tutub. Komanda səkkiz qızıl, bir gümüş və üç bürünc medal qazanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin