İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

Hazırda oxunan: İran parlamentinin spikeri: “Bunu Allah etdi” – FOTO

602605

“F-35 sadəcə bir qırıcı təyyarə deyil, ABŞ hərbi yenilməzliyinin və təkəbbürünün simvolu idi”.

Bizim.Media xəbər verir ki, bu sözləri İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf “X” hesabında yazıb.
 

“İstənilən göz üçün görünməz və istənilən gücdən üstün olduğu iddia edilən texnoloji bir simvol; ancaq Allahın əli onların əllərindən üstündür. Bu simvol dünyada ilk dəfə vuruldu, lakin bunu Allah etdi. Bu, bir nizamın çökmə anı idi”, - deyə, Qalibaf vurğulayıb. 


Parlament sədri əlavə edib ki, hadisə həm texnoloji üstünlük iddiasını, həm də nizamın çökməsini simvolizə edir.

Xatırladaq ki, dünən axşam saatlarında ABŞ-a məxsus F-35 qırıcı təyyarəsi üzərində həyata keçirilən missiya zamanı İran atəşi nəticəsində zədələnib və Yaxın Şərqdə təcili eniş edib.

Pentaqon təyyarənin təcili eniş etməsi faktını təsdiqləsə də, F-35-in İran tərəfindən vurulmasına münasibət bildirməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin