SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

Hazırda oxunan: SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

602586

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi general Əli Məhəmməd Naeini bu gün endirilən hava zərbələri nəticəsində həlak olub.

Bizim.Media xəbər verir ki, SEPAH teleqram kanalında məlumatı təsdiqləyib.
 

SEPAH-dan bildirilib ki, Əli Məhəmməd Naeini müqəddəs Ramazan ayının son günü sübh çağı ABŞ və İsrailin hava zərbəsi nəticəsində həlak olub.


Generalın ölümü ilə bağlı əlavə məlumatlar hələ ki açıqlanmayıb.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.

Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin