The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

Hazırda oxunan: The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

602564

“907-ci düzəliş ABŞ-ın müasir xarici siyasət kursu ilə uzlaşmır və milli maraqlara ziddir”.

Bizim.Media xəbər verir ki, bu fikirlər “The Hill” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“The Hill” nəşri yazır ki, SSRİ-nin dağılmasından sonra Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanın 15 ölkəsi müstəqillik qazandıqdan sonra ABŞ bu regionla əməkdaşlıq strategiyasını müəyyənləşdirməyə başlayıb.

Nəticədə qəbul edilən “Azadlığa Dəstək Aktı”na daxil edilən 907-ci düzəliş ABŞ-ın Azərbaycana hərbi yardımını məhdudlaşdırıb.
 

2001-ci ildən etibarən ABŞ prezidentləri Azərbaycanın Vaşinqton üçün strateji əhəmiyyətini nəzərə alaraq bu düzəlişin tətbiqini dəfələrlə dayandırıblar. Belə ki, Corc Buş administrasiyası Azərbaycan NATO-nun Əfqanıstandakı əməliyyatlarına dəstək məqsədilə hava məkanını açdıqdan sonra məhdudiyyətləri aradan qaldırıb. Yaxın zamanda isə Donald Tramp Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqları fonunda eyni addımı atıb.


Məqalədə qeyd olunur ki, bu addımlar fonunda 907-ci düzəlişin hələ də tam ləğv edilməməsi sual doğurur.

Bildirilir ki, sözügedən müddəa artıq köhnəlib, ABŞ-ın müasir xarici siyasət kursu ilə uzlaşmır və milli maraqlara ziddir.

Nəşr vurğulayır ki, Azərbaycan ABŞ və ümumilikdə Qərblə əlaqələri gücləndirmək istiqamətində addımlar atır, ticarət və təhlükəsizlik sahələrində strateji tərəfdaşlığı genişləndirir.

“The Hill”in qənaətinə görə, ABŞ-la daha sıx əməkdaşlıq Azərbaycana yeni iqtisadi və siyasi imkanlar açacaq, ölkənin beynəlxalq mövqelərini daha da gücləndirəcək. Məqalədə qeyd olunur ki, 907-ci düzəlişin ləğvi üçün artıq vaxt yetişib və ABŞ Konqresi qarşılıqlı faydalı münasibətləri möhkəmləndirmək, eləcə də Cənubi Qafqazda uzunmüddətli sabitliyə töhfə vermək üçün addım atmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin