Trampın xüsusi nümayəndəsi Minskə gəldi – Gündəmdə bu şəxslərin azad olunmasıdır

Hazırda oxunan: Trampın xüsusi nümayəndəsi Minskə gəldi – Gündəmdə bu şəxslərin azad olunmasıdır

602444

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koul ilə Minskdə görüşüb.

Bizim.Media xəbər verir ki, Reuters və AP-nin məlumatına görə, danışıqlarda əsas mövzulardan biri Belarusdakı siyasi məhbusların azad edilməsi, ABŞ səfirliyinin Minskdə yenidən açılması və ikitərəfli münasibətlərin bərpası olub.
 

Reuters yazır ki, Koulun bu səfəri Donald Tramp administrasiyasının Belarusla apardığı davamlı diplomatik təmasların tərkib hissəsidir. Məqsəd 1100-dən çox siyasi məhbusun azad olunmasına nail olmaq və eyni zamanda Lukaşenkonun Rusiyadan asılılığını müəyyən qədər azaltmaqdır.


AP-nin məlumatına görə, son aylarda Belarusda 100-dən çox məhbus azad edilib və bu proses Vaşinqtonun sanksiyaların qismən yumşaldılması ilə paralel gedib. Lukaşenko daha əvvəl də ABŞ-la daha geniş anlaşma barədə maraq göstərmiş, hətta Trampla mümkün görüş perspektivindən danışmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin