Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

Hazırda oxunan: Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

602434

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin xüsusi nümayəndəsi Con Koulun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı Yaxın Şərqdəki müharibəni və qlobal problemləri müzakirə etməyi təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə BELTA nəşri məlumat yayıb.
 

“Sizdən ciddi şəkildə xahiş edərdim ki, təkcə Ukraynanın problemlərini deyil, həm də qlobal problemləri müzakirə edək. Düşünürəm ki, qlobal problemlər, xüsusilə Yaxın Şərqdəki vəziyyət barədə mənim mövqeyim sizin üçün vacib olacaq, çünki siz bizim dostlarımıza qarşı müharibə aparırsınız. Mən bu mövzuda açıq danışmağa hazıram”.


Con Koul Lukaşenkodan söhbətin İranla müharibədən gedib-getmədiyini soruşub.

“Bəli, çox istərdim ki, mənim mövqeyimi Donald Trampa çatdırasınız. Mən, Birləşmiş Ştatların müəyyən səhvlərinə baxmayaraq, əvvəlki kimi prezidentinizin tərəfdarıyam”, - dövlət başçısı deyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin