Avropa İttifaqı Orbanı məhkəməyə verəcək?

Hazırda oxunan: Avropa İttifaqı Orbanı məhkəməyə verəcək?

602407

Avropa İttifaqında Macarıstanın baş naziri Viktor Orbana qarşı hüquqi addımların atılması variantı müzakirə olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Politico yazıb.

Səbəb Budapeştin daha əvvəl razılaşdırılmış 90 milyard avroluq Ukrayna kreditinin icrasını bloklamasıdır. Reuters-in məlumatına görə, bu məsələ Brüsseldə keçirilən Aİ sammitinin əsas gərginlik nöqtələrindən birinə çevrilib.
 

Məlumata görə, Orban 2025-ci ilin dekabrında təsdiqlənmiş bu kreditin həyata keçirilməsini dayandırıb və bunu Ukrayna ərazisindən Macarıstan və Slovakiyaya neft daşıyan “Drujba” kəmərindəki fasilələrlə əsaslandırıb.


Reuters yazır ki, Avropa Şurasının prezidenti Antonio Kosta daha əvvəl Orbana göndərdiyi məktubda belə davranışın Aİ daxilində “səmimi əməkdaşlıq” prinsipini poza biləcəyini vurğulamışdı.

Politico-nun sitat gətirdiyi diplomatların mövqeyi ondan ibarətdir ki, Orban artıq Brüssel üçün “qırmızı xətti” keçib. Reuters və AP-nin materialları da göstərir ki, bir sıra Aİ ölkələri Budapeştin addımlarını Ukraynanın maliyyələşməsini və ümumilikdə blokun birliyini təhlükə altına atan davranış kimi qiymətləndirir.
 

İsveçin Avropa işləri naziri Jessica Rosenkrantz da daha sərt addımların mümkünlüyünü istisna etməyib. O, əvvəllər Macarıstana qarşı Aİ Müqaviləsinin 7-ci maddəsinin tətbiqi, yəni Budapeştin səsvermə hüququnun məhdudlaşdırılması ideyasına açıq olduqlarını bildirmişdi. Bu mövqe daha əvvəl də Aİ daxilində Macarıstanın qanunun aliliyi və demokratik standartlarla bağlı problemləri fonunda səslənmişdi.


Hələlik Aİ-nin Orbana qarşı konkret olaraq məhkəmə yolunu seçib-seçməyəcəyi bəlli deyil. Amma Reuters-in yazdığına görə, sammit öncəsi və sammit zamanı əsas məqsəd Macarıstanı krediti blokdan çıxarmağa məcbur etmək olub. Bu baş verməsə, hüquqi və siyasi təzyiq alətlərinin genişləndirilməsi ehtimalı artır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin