ABŞ Senatı Donald Trampın İrana qarşı hərbi kampaniyasını məhdudlaşdırmağı nəzərdə tutan qətnaməni rədd edib.
Bizim.Media xəbər verir ki, Reuters-in məlumatına görə, səsvermədə təşəbbüs 53 səsə qarşı 47 səslə qəbul olunmayıb.
Sənəd prezidentin Konqresin ayrıca razılığı olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirməsinin qarşısını almağa yönəlmişdi. Qətnamə əsasən partiya xətti üzrə rədd edilib. Reuters yazır ki, yalnız Kentukkidən respublikaçı senator Rand Paul qətnaməni dəstəkləyib, Pensilvaniyadan demokrat senator John Fetterman isə əleyhinə səs verib.
Bu qərar Tramp administrasiyasının Yaxın Şərqdə, xüsusən İran istiqamətində hərbi addımlarını davam etdirmək baxımından siyasi üstünlük kimi qiymətləndirilir. Qətnamənin müəllifləri isə bildiriblər ki, Konqresin müharibə elan etmək səlahiyyəti yenidən gündəmə gətiriləcək.
Bizim.Media





























































































