ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

Hazırda oxunan: ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

602346

“İran qonşu dövlətlərin neft-qaz obyektlərinə zərbə endirmək niyyətində olmayıb. Lakin ABŞ və İsrailin martın 18-i səhər saatlarında İranın enerji infrastrukturuna hücumu Tehranın bu addımı atmasına səbəb olub”.

Bizim.Media xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda bildirib.

SEPAH-ın açıqlamasında qeyd olunub ki, İran İslam Respublikası müharibəni neft obyektlərinə yaymaq və dost, eləcə də qonşu ölkələrin iqtisadiyyatına zərər vurmaq niyyətində olmayıb.

Lakin enerji infrastrukturuna qarşı həyata keçirilən hücumdan sonra vəziyyət yeni mərhələyə keçib və ölkənin bu sahədəki obyektlərini qorumaq zərurəti yaranıb.

“Düşmənin enerji infrastrukturuna qarşı təcavüzündən sonra biz faktiki olaraq müharibənin yeni fazasına daxil olduq. Bu səbəbdən İranın enerji obyektlərini qorumaq üçün ABŞ və Amerika səhmdarları ilə əlaqəli obyektlərə zərbələr endirildi”, – deyə bəyanatda vurğulanıb.

Məlumatda həmçinin bildirilir ki, İran Silahlı Qüvvələri düşmənin hərəkətlərindən dərhal sonra hücum əməliyyatlarına başlayıb və cavab tədbirləri çərçivəsində ABŞ maraqları ilə əlaqəli bir sıra neft obyektlərinə zərər yetirib.

İslam İnqilabı Keşikçiləri Korpusu əlavə edib ki, cavab zərbələrinin 63-cü dalğası başa çatıb və bu mərhələ əsasən regiondakı ABŞ-la əlaqəli enerji infrastrukturu obyektlərini hədəf alıb.

Xatırladaq ki, martın 18-də ABŞ və İsrail tərəfindən İranın enerji obyektlərinə ardıcıl zərbələr endirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin