İran yenidən Qətərdə yerləşən Ras-Laffandakı sənaye obyektlərinə yenidən raket zərbəsi endirib.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyasının (IRIB) "Telegram" kanalında məlumat paylaşılıb.
Bildirilib ki, raket zərbəsi endirilən ərazidə yanğın başlayıb.
O da vurğulanıb ki, İran digər körfəz ölkələrinin neft sənayesi obyektlərini də hədəfə alıb.
Qeyd edək ki, İran martın 18-də də sözügedən əraziyə zərbə endirmiş, nəticədə "Qatar Energy" şirkətinin müəssisələrinə əhəmiyyətli ziyan dəydiyi açıqlanmışdı. Rəsmi Doha bəyanat yayaraq hücumu qətiyyətlə pisləmişdi.
Məlumat üçün bildirək ki, Ras-Laffan dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz hasilatı və ixracı mərkəzidir və qlobal tədarükün təxminən 20 faizini təşkil edir.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:10 / 19.03.2026
İran dünyanın ən böyük LNG kompleksinə yenidən zərbə endirdi – VİDEO
Hazırda oxunan: İran dünyanın ən böyük LNG kompleksinə yenidən zərbə endirdi – VİDEO
Hazırda oxunan: İran dünyanın ən böyük LNG kompleksinə yenidən zərbə endirdi – VİDEO
602343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































