Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Hazırda oxunan: Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

602285

“Tayvan Çinə yenidən birləşməyə razılıq verəcəyi təqdirdə adanı sabit enerji ilə təmin etməyə hazırıq” 

Bizim.Media “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Çinin Tayvan İşləri üzrə İdarəsinin sözçüsü Çen Binxua jurnalistlərə açıqlamasında bildirib.

“Biz Tayvandakı həmvətənlərimizə sabit və etibarlı enerji təminatı təqdim etməyə hazırıq ki, onlar daha yaxşı yaşasınlar”, – deyə Çen Binxua qeyd edib.

Pekinin Tayvan üzərində suverenlik iddialarını rədd edən Tayvan hökuməti hələlik bu açıqlamalara birbaşa reaksiya verməyib.
 

Qeyd edək ki, Yaxın Şərqdəki münaqişə və İranın strateji əhəmiyyətli Hörmüz boğazını bloklaması fonunda dünya ölkələri alternativ enerji mənbələri axtarışını sürətləndirib. Tayvan isə mayeləşdirilmiş təbii qazın təxminən üçdə birini Qətərdən idxal edir və Çindən enerji resursları almır.


Buna baxmayaraq, rəsmi Taypey yaxın aylar üçün alternativ enerji təchizatı mənbələrini təmin etdiyini açıqlayıb. Bu mənbələr arasında Tayvanın əsas beynəlxalq tərəfdaşı olan ABŞ-dan tədarüklər də yer alır.

Xatırladaq ki, Çin uzun illərdir Tayvana “bir ölkə, iki sistem” prinsipi əsasında muxtariyyət təklif edir.

Lakin bu yanaşma Tayvan tərəfindən dəstəklənmir. Rəsmi Pekin eyni zamanda adaya nəzarəti bərpa etmək üçün güc tətbiqini də istisna etmədiyini dəfələrlə bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin