“Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Türkiyənin cənubundakı Qaziantep vilayətində Novruz şənlikləri keçiriləcək. Müxtəlif ölkələrdən, xüsusən də türk dövlətlərindən gələn qonaqlar Qaziantepə axın edəcək”.
Bizim.Media xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AK Parti) türk dövlətləri ilə əlaqələr üzrə sədr müavini professor Kürşad Zorlu jurnalistlərə martın 21-də keçirilməsi planlaşdırılan bayram proqramına hazırlıq barədə danışarkən deyib.
Onun sözlərinə görə, Türkiyə lideri tədbir iştirakçılarına videomüraciət göndərəcək:
“Diplomatlar, Türk Dövlətləri Təşkilatının (TDT) nümayəndələri ilə Novruz tonqalını birlikdə yandırmağı planlaşdırmırıq”.
K. Zorlu qeyd edib ki, Türkiyədə Novruz üçün xüsusi olaraq Prezident Ərdoğanın ön sözü olan bir kitab nəşr olunub.
“Nəşrdə Türkiyədən və digər ölkələrdən olan 30 tədqiqatçı və alimin Novruz mövzusunda məqalələri yer alır. Ümid edirəm ki, bu bahar bayramı bütün Türk dünyasına birlik, sülh və rifah gətirəcək”, - deyə siyasətçi sözlərini yekunlaşdırıb.
Partiya sədrinin müavini, həmçinin Novruzun Türkiyədə rəsmi bayram elan edilməsi təşəbbüsünün həyata keçirilməsi istiqamətində davam edən səylərdən danışıb: “Ümidvarıq ki, bu işi tezliklə başa çatdıracağıq və Prezidentimiz ölkəyə gözəl və əhəmiyyətli rəsmi bayram bəxş edəcək”.


Bizim.Media

- A-
- A
- A+
Dünya
15:49 / 18.03.2026
TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO
Hazırda oxunan: TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO
Hazırda oxunan: TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO
602249
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































