Ürək xəstəliklərinin müalicəsi üçün YENİ ÜSUL - Əməliyyatlara ehtiyac olmayacaq?

Hazırda oxunan: Ürək xəstəliklərinin müalicəsi üçün YENİ ÜSUL - Əməliyyatlara ehtiyac olmayacaq?

602195

Çinli alimlər ürək xəstəliklərinin müalicəsi üçün maqnit mayelərinə əsaslanan yeni texnologiya hazırlayıblar.

Bizim.Media Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, yeni üsul ürəyin sol qulaqcıq çıxıntısında yaranan trombların qarşısını almağa yönəlib. 
 

Bu problem xüsusilə qulaqcıq fibrilyasiyası olan xəstələrdə insult riskini artırır. Məlumata görə, alimlər maqnit hissəciklərindən ibarət xüsusi maye hazırlayıblar. Bu maye bədənə daxil olduqdan sonra dar və mürəkkəb sahələrə asanlıqla yayılır və boşluqları doldurur. Eyni zamanda, xarici maqnit sahəsi vasitəsilə idarə oluna bilir.


Qeyd olunur ki, yeni texnologiya əvvəlki üsullardan fərqli olaraq daha təhlükəsizdir və əlavə əməliyyatlara ehtiyacı azalda bilər. Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin