ABŞ 500 məxfi agent göndərir

Hazırda oxunan: ABŞ 500 məxfi agent göndərir

60214
ABŞ Müdafiə Nazirliyi məxfi agentlərdən ibarət yeni ordu yaradıb.

Bu informasiya ABŞ kütləvi informasiya vasitələrində bu gün yayılıb.

"The Washington Post" qəzetinin yazdığına görə, Pentaqon yaxın vaxtlarda xarici ölkələrə 500-dək kəşfiyyatçı göndərməyə hazırlaşır. Onlar müxtəlif adlar altında fəaliyyət göstərəcəklər. Yeri gəlmişkən, Vaşinqton bu planın icrasına hələ 2012-ci ilin sonlarından hazırlıq görür. O vaxt xaricə 1000-dək məxfi agentin göndərilməsi planlaşdırılmışdı.

ABŞ mətbuatı bildirir ki, amerikalı kəşfiyyatçıların yeni ordusu əsasən Yaxın Şərq regionunda yerləşdiriləcək. Onların əsas vəzifəsi "İslam Dövləti" (İŞİD) və "əl-Qaidə" terror təşkilatlarının fəaliyyəti barədə məxfi məlumatlar toplayaraq Pentaqona ötürməkdən ibarətdir. (virtualorg.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin