Rusiya prezidenti Vladimir Putin Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıqlara hazırdır, lakin bu, Rusiya üçün daha böyük təhlükəsizlik təminatı probleminin yalnız bir hissəsidir.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda prezidentin sözçüsü Dmitri Peskov CNN-ə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya-Ukrayna gərginliyi: Baş verənlər nə ilə nəticələnəcək? - VİDEO
“Əvvəla, prezident Putin həmişə danışıqlar və diplomatiya tələb edib. Əslində, o, Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları məsələsinin təşəbbüskarı olub. Ukrayna isə Rusiya üçün təhlükəsizlik təminatı ilə bağlı daha böyük problemin bir hissəsidir. Əlbəttə ki, prezident Putin danışıqlara hazırdır”. “Kommersant” Peskovun dediklərindən sitat gətirib.
Bazar ertəsi Rusiya prezidenti xarici işlər naziri Sergey Lavrovla ABŞ və NATO ilə təhlükəsizlik üzrə danışıqların davam etdirilməsini müzakirə edib.
Kremlin sahibi deyib ki, “NATO-nun şərqə doğru genişlənməsi çox təhlükəlidir, xüsusən də “keçmiş Sovet İttifaqı respublikaları, o cümlədən Ukrayna hesabına”.
Bizim.Media