Trampın qərarı Rusiya iqtisadiyyatını necə dirçəltdi? – Anton Bredixindən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Trampın qərarı Rusiya iqtisadiyyatını necə dirçəltdi? – Anton Bredixindən ÖZƏL AÇIQLAMA

602040

Yaxın Şərqdə davam edən münaqişə səbəbindən enerji qiymətlərini tənzimləmək üçün ABŞ tərəfindən Rusiyaya qoyulan sanksiyalar müvəqqəti dayandırılıb. Enerji qiymətləri normallaşdıqdan sonra ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa etməyi planlaşdırır.

Bəs hazırda Rusiyaya qarşı sanksiyaların dayandırılması rəsmi Moskvaya iqtisadi baxımdan necə təsir edir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin bildirib ki, Donald Trampın hərəkətləri yalnız bir xarakter daşıyır: təmiz iqtisadiyyat, təmiz mənfəət, təmiz biznes:

“Burada biz hər hansı böyük geosiyasi yerdəyişmələr və ya sıçrayışlar görə bilmərik. İrandakı savaş fonunda ABŞ birdən-birə Rusiyaya qarşı maksimum dərəcədə müsbət mövqe nümayiş etdirməyə başladı. Bu cür addımların atılması vacibdir və bu, Rusiya üçün yaxşıdır”

Analitik bildirib ki, bu həm də təkcə Rusiyadan birbaşa ixraca təsir etmir:

“Məsələn, müəyyən dərəcədə Hindistanla bağlı məhdudiyyətlər aradan qaldırıldı ki, onlar indi sərbəst şəkildə Rusiya neftini ala bilirlər və ABŞ tərəfindən hər hansı sanksiyalardan qorxmurlar. Digər istiqamətlər üzrə də addımlar atılacaq.
 

Ona görə də əminəm ki, Rusiya iqtisadiyyatı üçün burada yalnız müsbət tərəflər var. Lakin biz başa düşürük ki, Rusiya İranın müttəfiqidir, Rusiya gələcəkdə də İranla yaxşı, müsbət münasibətlər quracaq və sözsüz ki, bu planda Trampın bu cür hərəkətləri ancaq yaxşı reaksiya, bəlkə də uzunmüddətli reaksiya doğura bilər.


Hesablamalar buna söykənir ki, bu, bir və ya iki aylıq məhdud tədbir olmasın, Rusiya ilə ABŞ arasında daimi mərhələyə, daimi ticarət münasibətlərinə keçsin”, - deyə A.Bredixin əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin