Rubiodan ABŞ diplomatlarına TƏCİLİ ÇAĞIRIŞ – Martın 20-dək...

Hazırda oxunan: Rubiodan ABŞ diplomatlarına TƏCİLİ ÇAĞIRIŞ – Martın 20-dək...

601993

ABŞ-ın dövlət katibi Marko Rubio xaricdə fəaliyyət göstərən diplomatlara İrana qarşı tədbirlərin gücləndirilməsi üçün digər ölkələrin hakimiyyətlərinə təzyiqləri artırmaq tapşırığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
 

Məlumata görə, diplomatlara martın 20-dək bu mövqeni yüksək səviyyədə çatdırmaq, İranın və onunla əlaqəli qruplaşmaların imkanlarının məhdudlaşdırılmasına çağırış etmək tapşırılıb. Eyni zamanda, bu istiqamətdə İsrail ilə fəaliyyətin koordinasiyası da nəzərdə tutulur.


Bundan əlavə, ABŞ diplomatik missiyalarına digər ölkələri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Hizbullahı terror təşkilatları kimi tanımağa inandırmaq tapşırılıb.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin