ABŞ-ın təyyarədaşıyan gəmisi USS Gerald R. Ford-un heyəti göyərtədə baş verən yanğını 30 saatdan çox müddətdə söndürə bilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı The New York Times gəmidə xidmət edən bir neçə dənizçiyə istinadən yayıb.
Bu məlumatı digər media orqanları da təsdiqləyən istinadlarla yayıb.
Məlumata görə, yanğın gəminin camaşırxana bölməsində başlayıb. Hadisə nəticəsində iki amerikalı dənizçi xəsarət alıb. ABŞ hərbi rəsmiləri onların vəziyyətinin ağır olmadığını və tibbi yardım aldıqlarını açıqlayıb.
ABŞ ordusunun yaydığı rəsmi açıqlamada bildirilir ki, yanğın döyüş əməliyyatı ilə bağlı olmayıb, gəminin hərəkət sisteminə ziyan dəyməyib və USS Gerald R. Ford fəaliyyətini davam etdirir.
Bununla belə, NYT-yə istinad edən mənbələr yazır ki, yanğın gəmidə ciddi daxili problemlər yaradıb və çox sayda dənizçi müvəqqəti olaraq yataq yerlərini itirib.
Bizim.Media




































































































