Körfəz ölkələri ABŞ-dan xahiş etdi: İrana qarşı əməliyyatı dayandırma!

Hazırda oxunan: Körfəz ölkələri ABŞ-dan xahiş etdi: İrana qarşı əməliyyatı dayandırma!

601951

ABŞ-ın İranla müharibəyə qoşulmasını istəməyən bir sıra Fars körfəzi ölkələri indi Vaşinqtonun əməliyyatı yarımçıq dayandırmamasını istəyir.

Bizim.Media xəbər verir ki, Reuters agentliyinin üç hökumət mənbəsinə istinadən yazdığına görə, bu ölkələr hesab edir ki, İranın hərbi potensialı tam zəiflədilməsə, Tehran bölgənin enerji infrastrukturu və təhlükəsizliyi üçün daimi təhdid olaraq qalacaq.

Mənbələr bildiriblər ki, mövqedəki bu dəyişiklik İranın ABŞ-İsrail zərbələrinə cavab olaraq bölgədə limanlara, hava limanlarına və enerji obyektlərinə yönəlmiş hücumlarından sonra baş verib. Reuters-in yazdığına görə, Körfəz ölkələri xüsusilə İranın Hörmüz boğazındakı təzyiqi və qonşu ölkələrdə yaratdığı risklərdən narahatdır.
 

Bununla belə, həmin ölkələr birbaşa müharibəyə qoşulmağa ehtiyatla yanaşırlar. Reuters qeyd edir ki, Vaşinqton Körfəz ölkələrindən daha açıq dəstək gözləsə də, region paytaxtları cavab zərbələri və daha böyük müharibə riskinə görə açıq hərbi iştirakdan çəkinirlər. Yəni onların mövqeyi belədir: ABŞ İrana qarşı təzyiqi davam etdirsin, amma onlar özləri mümkün qədər birbaşa savaşın tərəfinə çevrilməsinlər.


Reuters həmçinin yazır ki, ABŞ eyni vaxtda region ölkələrinə və digər müttəfiqlərə təzyiq göstərərək daha geniş dəstək toplamağa çalışır. Lakin həm Avropada, həm də Körfəz daxilində bu məsələdə vahid və açıq hərbi xətt hələ formalaşmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin