Trampın Hörmüzə missiya göndərmək çağırışına Avropa İttifaqından REAKSİYA - VİDEO

Hazırda oxunan: Trampın Hörmüzə missiya göndərmək çağırışına Avropa İttifaqından REAKSİYA - VİDEO

601935

Trampın Hörmüzə missiya göndərmək çağırışına Avropa İttifaqından REAKSİYA  - VİDEO 
Avropa Birliyi Xarici İşlər Nazirləri Avropa dəniz missiyası “Aspides” çərçivəsində Qırmızı dənizdə yerləşdirilənlər də daxil olmaqla gəmilərini Hörmüz boğazına göndərməkdən imtina ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

"Bu, bizim müharibəmiz deyil və onu biz başlatmamışıq. Qırmızı dənizdə “Aspides” missiyamız var. Lakin nazirlər onun mandatını genişləndirmək istəmədiklərini bildiriblər", - Kallas deyib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinə çağırış edərək, onların Hörmüz boğazına missiya göndərməsini istəmişdi. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin