Aİ etirazların yatırılmasına görə 16 iranlı təhlükəsizlik əməkdaşına sanksiya TƏTBİQ ETDİ

Hazırda oxunan: Aİ etirazların yatırılmasına görə 16 iranlı təhlükəsizlik əməkdaşına sanksiya TƏTBİQ ETDİ

601876

Aİ Şurası İranda insan hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən küçə etirazlarının qəddarcasına yatırılmasına görə məsul sayılan 16 fiziki şəxs və 3 təşkilata qarşı sanksiyaların tətbiqi barədə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, sanksiyaya məruz qalanlar arasında daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) yerli bölmələrinin komandirləri, məhkəmə sisteminin nümayəndələri, həmçinin rəqəmsal nəzarəti həyata keçirən şirkətlər və onların rəhbərləri var.
 

Sanksiyalar aktivlərin dondurulmasını, maliyyə və iqtisadi resursların verilməsinə qadağanı, eləcə də Aİ ölkələrinə giriş və tranzit məhdudiyyətlərini əhatə edir.


Qeyd edək ki, hazırda Aİ sanksiyaları İranda ümumilikdə 263 fiziki şəxsə və 53 hüquqi şəxsə şamil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin