İtaliyada Qış Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirildi - VİDEO

Hazırda oxunan: İtaliyada Qış Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirildi - VİDEO

601749

İtaliyanın Kortina d'Ampezzo şəhərində, Cortina Curling Olympic Stadium arenasında 2026-cı il Qış Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, oyunlar 6–15 mart tarixlərində baş tutub və yarışlarda 6 idman növü üzrə 79 medal dəsti sahibini tapıb.

Yekun medal sıralamasında Çin birinci olub. Çin komandası oyunları 15 qızıl, 13 gümüş və 16 bürünc olmaqla ümumilikdə 44 medalla başa vurub. ABŞ 24 medalla ikinci, Rusiya isə 12 medalla üçüncü yeri tutub.

İlk onluq belə formalaşıb:

Çin – 44 medal (15 qızıl, 13 gümüş, 16 bürünc)

ABŞ – 24 (13, 5, 6)

Rusiya – 12 (8, 1, 3)

İtaliya – 16 (7, 7, 2)

Avstriya – 13 (7, 2, 4)

Fransa – 12 (4, 4, 4)

Ukrayna – 19 (3, 8, 8)

Kanada – 15 (3, 4, 8)


Niderland – 7 (3, 3, 1)

İsveç – 7 (3, 0, 4).

Bağlanış mərasimi ilə Milano-Kortina 2026 Paralimpiadasına rəsmi yekun vurulub. Beynəlxalq Paralimpiya Komitəsinin məlumatına görə, builki Oyunlarda 611 idmançı iştirak edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin