ABŞ İranın Xark adasında quru əməliyyata başlayacaq?

Hazırda oxunan: ABŞ İranın Xark adasında quru əməliyyata başlayacaq?

601740

ABŞ prezidenti Donald Tramp İranın Xark adasında yerləşən strateji neft infrastrukturunun ələ keçirilməsi variantını nəzərdən keçirir. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Axios öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, söhbət İranın əsas neft ixrac mərkəzlərindən biri olan Xark adasındakı obyektlərdən gedir. 

Reuters yazır ki, bu ssenari reallaşarsa, bu, ABŞ-ın quru əməliyyatı aparmasını tələb edə bilər.
 

Axios-un məlumatına əsasən, Ağ Evdə bu addımın mümkün nəticələri müzakirə olunur və əsas məqsədlərdən biri Tehranın neft gəlirlərinə ağır zərbə vurmaqdır. Xark adasının İran neft ixracında həlledici rol oynadığı vurğulanır.


Eyni zamanda, ABŞ administrasiyası Hörmüz boğazında gəmiçiliyin bərpası üçün beynəlxalq koalisiya formalaşdırmağa çalışır. Reuters və Axios-un yazdığına görə, Vaşinqton bu təşəbbüsə bir sıra müttəfiqləri cəlb etməyə çalışsa da, hələlik rəsmi qoşulan ölkələr açıqlanmayıb.

Mənbələr bildirir ki, Tramp hələ yekun qərar verməyib və bu variant hazırda riskləri və mümkün nəticələri ilə birlikdə dəyərləndirilir.

ABŞ tərəfi, eyni zamanda, İranın region ölkələrinin neft obyektlərinə cavab zərbələri endirə biləcəyindən ehtiyat edir.

Qeyd edək ki, Xark adası son günlərdə də diqqət mərkəzindədir. Reuters daha əvvəl Trampın adadakı hərbi hədəflərə zərbələr endirildiyini dediyini yazmışdı, lakin neft infrastrukturunun tam şəkildə vurulmadığı bildirilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin