Tramp: “NATO-nu çox pis gələcək gözləyir”

Hazırda oxunan: Tramp: “NATO-nu çox pis gələcək gözləyir”

601739

ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər NATO üzvləri Hörmüz boğazının açılması istiqamətində Vaşinqtona kömək etməsələr, alyansı “çox pis gələcək” gözləyir.

Bizim.Media xəbər verir ki, bu barədə o, Financial Times qəzetinə müsahibəsində danışıb.
 

Trampın sözlərinə görə, ABŞ müttəfiqlərinə, xüsusilə də Körfəz marşrutu ilə enerji alan ölkələrə dəstək göstərib və indi onların da Vaşinqtona yardım edib-etməyəcəyi görünməlidir. O, bu kontekstdə NATO müttəfiqlərinin mövqeyinin alyansın gələcəyinə təsir edəcəyini vurğulayıb.


Reuters-in yazdığına görə, Tramp Hörmüz boğazının yenidən açılması üçün digər ölkələrin də hərbi töhfə verməsini istəyir.

Söhbət mina axtaran gəmilər, hava müdafiə vasitələri və dəniz təhlükəsizliyi əməliyyatlarında iştirakdan gedir.

ABŞ lideri həmçinin bildirib ki, Vaşinqton Ukrayna məsələsində müttəfiqlərinə yardım edib və indi eyni dəstəyi onlardan gözləyir. Onun bəyanatı İranla gərginliyin artdığı, Hörmüz boğazında gəmiçiliyin təhlükə altına düşdüyü və neft bazarlarında ciddi narahatlığın yarandığı bir vaxta təsadüf edir.

Hazırda bəzi ölkələr ABŞ-ın çağırışına ehtiyatla yanaşır. Məsələn, Yaponiya artıq bəyan edib ki, hələlik Hörmüz boğazına müşayiət missiyası göndərməyi planlaşdırmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin