İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

Hazırda oxunan: İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

601716

ABŞ və İsrail arasında davam edən hərbi qarşıdurma fonunda İran yeni və daha ağır raket arsenalını işə salıb.

Bizim.Media xəbər verir ki, İran bu münaqişə çərçivəsində ilk dəfə olaraq iki mərhələli “Səccil” (Sejjil) ballistik raketindən istifadə edib.
 

Məlumata görə, hücumlarda yalnız bu raket deyil, həm də İranın arsenalında olan ən ağır və uzaqmənzilli raketlərdən bir neçəsi tətbiq olunub. Bunların sırasında Khorramshahr, Kheibarshekan, Emad və Qadr tipli raketlər də var.


Bildirilir ki, sözügedən raketlər ABŞ-ın hərbi infrastruktur obyektlərinə, eləcə də komanda və qərar qəbuletmə mərkəzlərinə zərbələr endirmək üçün istifadə olunub.

Hərbi ekspertlər qeyd edir ki, xüsusilə iki mərhələli “Səccil” raketi bərk yanacaqla işlədiyi üçün daha sürətli hazırlanır və buraxılışdan sonra qarşısının alınması daha çətin hesab olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin