Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Hazırda oxunan: Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

601706

Pakistan Silahlı Qüvvələri martın 14-dən 15-nə keçən gecə Əfqanıstanın Qəndəhar vilayətində hərbi obyektlərə və terrorçu sığınacaqlarına zərbələr endirib.

Bizim.Media Reuters-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat yayıb.

Nazir Pakistan ordusunun Qəndəharda Taliban obyektlərini və terrorçu sığınacaqlarını hədəf aldığını bildirib.
 

Tararın sözlərinə görə, zərbələr nəticəsində “Taliban”ın və “Fitna əl-Xəvaric” adlandırılan silahlı qruplaşmaların istifadə etdiyi texniki təminat infrastrukturu, avadanlıq anbarları və bir tunel də məhv edilib.


AP-nin məlumatına əsasən, Kabil bu hücumlarla bağlı fərqli versiya irəli sürərək Pakistanın boş təhlükəsizlik obyektini və narkotik reabilitasiya mərkəzini vurduğunu, ciddi itki olmadığını bildirib. Tərəflər bir-birinin iddialarını rədd edir.

Pakistanla Əfqanıstan arasında sərhəd gərginliyi fevralın sonundan kəskinləşib. Reuters daha əvvəl yazmışdı ki, tərəflər artıq vəziyyəti açıq silahlı qarşıdurma kimi qiymətləndirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin