Zelenskidən Rusiya və İran vətəndaşlarına SANKSİYA

Hazırda oxunan: Zelenskidən Rusiya və İran vətəndaşlarına SANKSİYA

601691

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi-sənaye kompleksinə xidmət göstərən Rusiya və İran şirkətlərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərmanlar imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
 

Sanksiya paketinə hərbi-sənaye kompleksi ilə əlaqəli 130 fiziki və 48 hüquqi şəxs daxil edilib. Onların arasında Rusiyanın pilotsuz uçuş aparatları və raketlərində istifadə olunan "Kometa" seriyalı peyk naviqasiya avadanlığının istehsalı üçün komponentlər tədarük edən şirkətlər də var.


Bundan başqa, "Oreşnik" raket kompleksinin istehsalında iştirak edən müəssisələr də sanksiya siyahısına salınıb.

Sənəddə qeyd olunub ki, siyahıya həmçinin İran pilotsuz aparatları və raketlərinin hazırlanması ilə əlaqəli olan İran şirkətləri və vətəndaşları, eləcə də Rusiyada "Şahed" dronlarının istehsalının qurulmasına və genişləndirilməsinə kömək edən şəxslər daxil edilib.

Sanksiyalar həmçinin Ukrayna şəhərlərinə və enerji obyektlərinə hücumlarda istifadə olunan "Şahed" PUA-larının operatorlarını hazırladıqları iddia edilən iranlı təlimatçılara da şamil olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin