Buşehrlə bağlı Rusiyadan İsrailə XƏBƏRDARLIQ

Hazırda oxunan: Buşehrlə bağlı Rusiyadan İsrailə XƏBƏRDARLIQ

601651

Rusiya həftəsonu Buşehrdə rus mütəxəssislərinin çalışdığı ərazilərə yaxın endirilən zərbələrlə bağlı İsrailə xəbərdarlıq göndərib.

Bizim.Media xəbər verir ki, buna səbəb İranda rus mütəxəssislərinin yaşadığı rayonların yaxınlığına endirilən bir neçə zərbə olub. 

Bu barədə informasiyanı “Maariv” nəşri yayıb.

Məlumata görə, xəbərdarlıq İsraildəki Rusiya nümayəndəliyi vasitəsilə çatdırılıb.
 

Mesajda rus mühəndisləri və ekspertlərinin işlədiyi məkanların yaxınlığında endirilən zərbələrə etiraz ifadə olunub.


Bildirilir ki, müraciətdə binalara və ya əmlaka birbaşa ziyan dəyməsindən bəhs edilməyib. Əsas diqqət zərbələrin rus mütəxəssislərinə yaxın məsafədə həyata keçirilməsinə yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin