İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Hazırda oxunan: İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

601515

“ABŞ və İsrail İranın ən böyük adası olan Keşmdə mülki obyektlərə aviazərbələr endirib”.

Bizim.Media xəbər verir ki, bu barədə İran mediası ada rəsmilərinin bəyanatına istinadən yazıb.

Onların sözlərinə görə, zərbələr balıqçı və turizm gəmilərinin dayandığı körpülərə dəyib.

“Düşmən öz bəyanatlarının əksinə olaraq dinc sakinləri, iqtisadiyyatı və onların dolanışıq mənbələrini hədəf alıb. Bu hücumlar düşmənin cinayətkar əməllərinin yalnız çox kiçik bir hissəsidir”, - bəyanatda qeyd edilib.

Hörmüz boğazının girişində yerləşən bu ada İran üçün strateji əhəmiyyətli hesab olunur. Burada İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri, raketlər, dronlar və sürətli hərbi katerlər yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin