Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Hazırda oxunan: Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

601509

Yunanıstana məxsus “Maran Homer” tankeri Novorossiyskə gedərkən Qara dənizdə hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, gəmidə 24 dənizçi olub — 10 yunan, 13 filippinli və 1 rumıniyalı.

Yunanıstanın gəmiçilik və ada siyasəti naziri Vasilis Kikilyas bildirib ki, onların hamısının sağlamlıq vəziyyəti yaxşıdır.

Hadisə nəticəsində gəminin sağ bortu zədələnib. Hücum zamanı tanker boş olub və ətraf mühitin çirklənməsi qeydə alınmayıb. Hazırda gəmi öz hərəkəti ilə yoluna davam edir.

Nazir bildirib ki, tanker Saloniki limanından çıxaraq Novorossiyskə doğru gedirmiş. Rusiya limanından 14 dəniz mili (təxminən 26 km) məsafədə olarkən hücuma məruz qalıb.

Gəmi Rusiya ərazi sularından kənarda olub və Xəzər Boru Kəməri Konsorsiumunun terminalına daxil olmaq üçün icazə gözləyirmiş. Novorossiyskdə tanker Qazaxıstan nefti yükləməli idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin