“İranın nüvə silahına sahib olmayacağına zəmanət vermək məqsədilə təqdim etdiyi təklif ABŞ-nin texniki detalları başa düşməməsi səbəbindən rədd edilib”.
Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında yazıb.
“Beynəlxalq məsələlərdə texniki bilik və faktlara əsaslanan qiymətləndirmələr vacibdir. Təklifin texniki tərəfləri ABŞ-li həmkarlar tərəfindən düzgün anlaşılmadığı üçün qəbul edilmədi”, - o qeyd edib.
Əraqçi həmçinin ABŞ-nin iqtisadi siyasətinə diqqət çəkib:
“Neft qiymətləri və tariflərin artması amerikalılara qazanc gətirməyəcək. Bu yalnız şirkətləri zənginləşdirəcək və ev təsərrüfatlarının üzərinə əlavə yük qoyacaq”.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.

Bizim.Media

- A-
- A
- A+
Dünya
08:38 / 13.03.2026
Müharibə ilə nəticələnən həmin anlaşılmazlığı – Açıqladı – FOTO
Hazırda oxunan: Müharibə ilə nəticələnən həmin anlaşılmazlığı – Açıqladı – FOTO
Hazırda oxunan: Müharibə ilə nəticələnən həmin anlaşılmazlığı – Açıqladı – FOTO
601243
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































