Avropa İttifaqı (Aİ) qlobal iqtisadi riskləri azaltmaq üçün təchizat zəncirlərini şaxələndirməlidir.
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sabiq prezidenti və Belçikanın keçmiş Baş naziri Şarl Mişel XIII Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı deyib.
O bildirib ki, qlobal iqtisadi mühit sürətlə dəyişir və Avropa yeni reallıqlara uyğun iqtisadi strategiya formalaşdırmalıdır.
Şarl Mişelin sözlərinə görə, Avropanın Rusiya enerji resurslarından və Çin təchizat zəncirlərindən asılı olduğu dövr artıq başa çatır.
“Biz təchizat zəncirlərimizi şaxələndirməliyik. Rusiya fosil yanacaqlarından və Çin istehsal zəncirlərindən asılı olduğumuz dövr artıq geridə qalır”, – o qeyd edib.
Şarl Mişel əlavə edib ki, Avropa İttifaqı rəqabət qabiliyyətini artırmaq üçün iqtisadi əsaslarını gücləndirməli və tənzimləmə siyasətini daha səmərəli qurmalıdır.
Bizim.Media

































































































