Tramp: “ABŞ İrana qalib gəlib” – VİDEO

Hazırda oxunan: Tramp: “ABŞ İrana qalib gəlib” – VİDEO

601069

ABŞ prezidenti Donald Trump bildirib ki, ABŞ İranla müharibədə qalib gəlib, lakin qarşıya qoyulan məqsədlər tam yerinə yetirilənədək əməliyyatlar davam edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Tramp bu fikirləri Kentukki ştatının Hebron şəhərində seçki kampaniyası üslubunda keçirilən mitinqdə çıxışı zamanı səsləndirib.
 

“Qələbə qazandığını çox tez demək olmaz. Amma biz qalib gəldik”, – deyə ABŞ prezidenti bildirib. Onun sözlərinə görə, hərbi əməliyyatların ilk saatlarında vəziyyət ABŞ-ın xeyrinə dəyişib.


Tramp qeyd edib ki, ABŞ qüvvələri İranın 58 hərbi gəmisini sıradan çıxarıb. Bununla belə, o, münaqişənin hələ tam başa çatmadığını vurğulayıb.

“Biz çox tez geri çəkilmək istəmirik. İş sona qədər çatdırılmalıdır”, – deyə ABŞ lideri bildirib.
 

Tramp əlavə edib ki, ABŞ İranın hərbi potensialına ciddi zərbə vurub və ölkənin hərbi imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib. Eyni zamanda o qeyd edib ki, ABŞ hər iki ildən bir regiona qayıtmaq məcburiyyətində qalmaq istəmir.


The Independent nəşrinin yazdığına görə, çıxışı zamanı Tramp hərbi əməliyyatın adının necə seçildiyini də izah edib. Prezident bildirib ki, ona təxminən 20 müxtəlif ad təklif olunub və o, sonda “Operation Epic Fury” (“Epik Qəzəb əməliyyatı”) adını bəyəndiyini deyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin