Qərb kəşfiyyatı: Rusiya ABŞ-la müharibədə İrana dron taktikasını öyrədir

Hazırda oxunan: Qərb kəşfiyyatı: Rusiya ABŞ-la müharibədə İrana dron taktikasını öyrədir

601054

Qərb kəşfiyyatının nümayəndəsinin sözlərinə görə, Rusiya İrana Ukraynada tətbiq etdiyi qabaqcıl dron taktikasını öyrədir və bu, ABŞ və onun müttəfiqlərinin Yaxın Şərqdəki obyektlərinə daha effektiv zərbələr endirməyə imkan verir.

Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, söhbət pilotsuz uçuş aparatlarının elə istifadə üsullarından gedir ki, onlar Fars körfəzi ölkələrinin hava hücumundan müdafiə sistemlərini aşmağa kömək edir.
 

Daha əvvəl ABŞ-da bəyan edilmişdi ki, Rusiya İrana hədəflərin seçilməsi üçün kəşfiyyat məlumatları da ötürür. Lakin konkret taktiki tövsiyələrin verilməsi Qərb üçün “daha ciddi narahatlıq doğuran” yeni səviyyəli dəstək hesab olunur.


Məlumata görə, Rusiya Ukraynaya qarşı müharibədə istifadə etdiyi və İran istehsalı olan, sonradan modernləşdirilmiş Shahed drone tipli dronlardan istifadə edir. Bu taktika çərçivəsində bir neçə aparat eyni vaxtda uçur və hava hücumundan müdafiə sistemlərini aldatmaq üçün uçuş istiqamətini tez-tez dəyişir.

Qərb kəşfiyyat mənbələri Yaxın Şərqdə vəziyyətin inkişafından ciddi narahat olduqlarını da bildirirlər. Xüsusilə İranın Hörmüz boğazını minalaya biləcəyi, həmçinin ABŞ hərbi gəmilərinə, o cümlədən aviadaşıyıcılara qarşı dəniz dronları və hətta balıqçı qayıqlarından istifadə etməsi ehtimalı diqqət mərkəzindədir.
 

Bu arada Ukrayna prezidenti Volodimir Zelenski martın 11-də bildirib ki, Rusiya artıq İranı dronlarla dəstəkləməyə başlayıb və gələcəkdə raketlər və hava hücumundan müdafiə sistemləri ilə də kömək göstərə bilər.


Bundan əvvəl The Wall Street Journal da analitiklərə istinadən yazmışdı ki, İran Ukraynadakı müharibədə istifadə edilən kütləvi dron hücumları taktikasını Rusiyadan mənimsəyib.

Ekspertlərin fikrincə, bu yanaşma hava hücumundan müdafiə sistemlərini yükləyərək kritik infrastruktura zərbələr endirməyə və qarşı tərəfi tədricən zəiflətməyə imkan verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin